5 Mayıs 2016 Perşembe



2 oğlan tanıdım.

biri sevilmədiyim halda mənə sevməyi öyrətdi
biri sevilə sevilə sevməyi öyrətdi

2 oğlan tanıdım.

biri mənə onun üçün yuxusuz qalmağı
biri istəmədiyim vaxt belə yataraq onun tərəfindən nazımın çəkilməyini öyrətdi

2 oğlan tanıdım.

biri onunla görüşmək üçün onun iş yerinə kimi getməyi
biri bütün gününü mənimlə görüşmək üçün sərf edərək mənim onun üçün nə qədər dəyərli olduğumu öyrətdi

2 oğlan tanıdım.

biri ancaq onunla olan keçmişimə baxmağı
biri isə onunla keçirəcəyimiz gələcəyə baxmağı öyrətdi

2 oğlan tanıdım.

biri mənə ondan başqa heçkimi sevməməyi
biri isə dünyada seviləcək çox şeyin olduğunu öyrətdi

2 oğlan tanıdım.

biri mənnən qəlbimi aldı
biri mənə qəlbini verdi

2 oğlan tanıdım.

biri həqiqət sadığım şeylərin əslində xəyal olduğunu
biri isə xəyalını belə qura bilməyəcəyim şeylərin həqiqət olduğunu mənə öyrətdi

2 oğlan tanıdım.

biri nazını çəkməyimi onu axtarmağımı
biri nazımın çəkilməyini hər an axtarılmağımı öyrətdi

2 oğlan tanıdım.

biri sevgilərin birtərəfli olmağını
biri sevginin və hörmətin qarşılıqlı olmağını öyrətdi

2 oğlan tanıdım.

biri eqoist olub özünü sevdirdi
biri məni sevərək özünü sevdirdi

2 oğlan tanıdım.

biri sevə sevə ağlamağı
biri sevilə sevilə gülməyi öyrətdi

2 oğlan tanıdım.

biri görünüşün sevmək üçün önəmli olmadığını
biri isə həm görünüşü həm sevgisi yaxşı olnanın da məni sevə biləcəyini öyrətdi

2 oğlan tanıdım.

biri içimdəki sevgini öldürməyi
biri içimdə yeni bir sevgi yaratmağı öyrətdi

2 oğlan tanıdım.

biri darıxdığımda sadəcə sms yazmağı
biri darıxdığım anda 1 zəngin bəs etməsini və o an yanımda olacağını öyrətdi

2 oğlan tanıdım.

biri dostlarımdan ayırmağı
biri dostlarımla onun da dost olacaq qədər məni sevdiyini öyrətdi

2 oğlan tanıdım.

biri onun üçün sevgi dolu amma nakam mahnılar yazıb oxumağı
biri bütün xoşbəxt sonluqlu mahnıları ona həsr etməyi öyrətdi

2 oğlan tanıdım.

biri heçvaxt sənsiz yaşaya bilmərəm deməyi
biri birinciyə SƏN BİTDİN ARTIQ MƏNİM ÜÇÜN deyə bilməyi oyretdi

11 Nisan 2016 Pazartesi

"Yaxşı" demək adətdəndir


"Yaxşı" demək adətdəndir!
‘Yaxşıyam' dedim…

İzah edilməsi çətin bir duyğu içimdəki.
Hər hərf
Hər söz
Və hər cümlə olduğundan ya çox sadə ya da daha mürəkkəb bir hala gətirir dilimə gətirə bilmədiklərimi.

Bir gün danışmağı unutmaq, yalnız susmaq istəyirəm.
Bir gün susmağı unutmaq, necə gəldi danışmaq istəyirəm.
‘Kimə nəyə danışırsan danış' deyirəm…
Yetər ki, susma!

Heç bir söz çatmır məni 'mənə' izah etməmə…
Dinləyə bilmirəm özümü ağrımadan içim…

Toxunsalar ağlayacam bir ömür boyu…
Və dəysələr hüznümə töküləcəm parça parça…

Mənasını içimə çəkə çəkə xoşbəxtliyə çata bilmirəm...
Ya həmişə mən çox gəldim ya da həmişə bir şeylər əskik qaldı…
İndi yaxşı olan nə varsa üzərinə xətt çəkə bilmədiyim incikliklər qucaqlayır dörd yanımı...

Və mən
Yaxşı olmanın eşiyində qorxulara qapılıram anlamadığım bir şəkildə…
Səbəbim yox.Bəlkə də çox…

Bilirəm;
Mən belə özümü anlaya bilmirkən kiminsə məni başa düşməsini gözləmək xəyaldır....

7 Nisan 2016 Perşembe

Qaynana aforizmleri

Qaynana aforizmleri

İlahi,məni qaynanamdan qoru,arvadımla özüm bacararam,əslində heç onunla da bacarmıram.
Qaynana aforizmleri

Bu dünyada hər şey nisbidir,sənin anan da başqa birisinin qaynanası ola bilər.
Qaynana aforizmleri

Evləndikdən sonra,sənin mənzilin teatr səhnəsinə çevriləcəkdir: qaynanan həm rejissor,həm müəllif,həm də suflyor qismində fəaliyyət göstərəcəkdir.Biletin qiymətini isə sən ödəyəcəksən.
Qaynana aforizmleri

Ən yaxşı qayınana bəyin toy günündə ölən qaynanadır.
Qaynana aforizmleri

Lap öz qaynananla evlənsən də onun da anası tapılacaqdır.

Qaynana aforizmleri

Qaynanalarla pişiklər arasında bir fərq var: pişiklərin cəmi 7 ruhu vardır.
Qaynana aforizmleri

Qaynana da dövlət qulluqçusu kimidir: hər cür problemin həllini tez tapır.
Qaynana aforizmleri

Qadının iki tərəfi də kəsən iti bir silahi vardır: kəbinkəsən və qaynana!
Qaynana aforizmleri

Əgər arvad evin açarıdırsa,qaynana onun qıfılıdır.
Qaynana aforizmleri

Balığın və qaynananın qoxusu üç gündən sonra ətrafa yayılır.

Qaynana aforizmleri

Qaynana ilə cəllad arasında nə isə bir oxşarlıq var.Milyonlarla adam bir cəlladi görmür,halbuki hər evdə qaynana olur.

Qaynana aforizmleri

Cəhənnəmdə qaynanamı yanımda görmək mənə necə də ləzzət verərdi.

Qaynana aforizmleri

Üç canlı məxluqat vardır: insanlar,heyvanlar və qaynanalar.
Qaynana aforizmleri

Deyirsən ki,on ildir evlisən,amma qaynanandan bir söz də eşitməmisən.Bəxtəvər!
Qaynana aforizmleri

İt qapır,at təpikləyir.qaynana ilan kimisancir.
Qaynana aforizmleri

Mətbuatın vəzifəsi problem yaratmaqdır. Elə sənin qaynanan da bununla məşguldur.
Qaynana aforizmleri

Evlilik həyatının da salat kimi dörd şeyə - israfçılıqla,tökülmüş bitki yağına, xəsisliklə damcılandırılmış sirkəyə, qənaətçiliklə səpilmiş duza və bunların hamısını qarışdıran qaynanaya ehtiyacı vardır.
Qaynana aforizmleri

Arvad özü bir şəxsiyyətdir,qaynananın isə heç bir şəxsiyyəti olmur.

Qaynana aforizmleri

Mənimlə arvadım arasında çox sadə bir münaqişə davam edir: o öz anasını mənim anam etmək istəyir.
Qaynana aforizmleri

Sənin sevgilin boşqabda bir almadır,arvadın badədəki şərabdır,qaynanan isə kəskin baş ağrısıdır.

4 Nisan 2016 Pazartesi

Bəxtiyar Vahabzadə "Şəhidlər"


Qatil gülləsinə qurban gedərkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi şəhidlər.


***
Zalım öyünməsin zülmləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə
Ölümü kamına çəkdi şəhidlər.



***
O şənbə gecəsi, o qətl günü,-
Mümkünə döndərdik çox namümkünü.
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü şəhidlər.

***
Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə biz də.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi şəhidlər.

***
Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi şəhidlər.


***
Bilirik, bu bəla nə ilkdi, nə son,
Ölürkən uğrunda bu ana yurdun.
Quzu cildindəki o qoca qurdun,
Doğru, düz cildini çəkdi şəhidlər.


***
Dözdü hər zillətə, dözdü hər şeyə,
“Dünyada mənim də haqqım var”,- deyə
Kütləni xalq edən müqaviləyə
Qanıyla qolunu çəkdi şəhidlər.


***
İnsan insan olur öz hünəriylə,
Millət, millət olur xeyri, şəriylə.
Torpağın bağranı cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər.


P.S. Allah bütün şəhidlərimizə rəhmət eləsin :(

Bəzi qızlar niyə evdə qalır?


Təsəvvür edin ki, Bakıda möhtəşəm 5 mərtəbəli imarət tikilir və qızların özlərinə
ər seçməyi üçün hər cür şərait yaradılır. Təsəvvür elədiniz?
Qızlar yaxşı təsəvvür eləyir, oğlanlarımızı bilmirəm.
Həəə... Deməli, bu imarətdə yeganə bir qanun var:
"Əgər bir mərtəbədən növbəti mərtəbəyə keçdinsə, mütləq alış-veriş eləməlisən.
Alış-veriş deyəndə ki, pulunu verib ər alırsan da.
Əgər seçim etməyib, növbəti mərtəbəyə qalxdınsa, daha aşağıdan seçim şansın qalmayacaq.

" Bir gün bir neçə rəfiqə (p.s. Rəfiqə sözü bizim Azərbaycan dilində "podrujka" deməkdir ) gəlirlər bu imarətə... 
1-ci mərtəbədə qapıda yazılıb: "Burdakı kişilərin iş yeri var və uşaqları sevirlər".
Qızlar yazını oxuyur və öz aralarında "Olmayan yerdə gedər, bir gedək baxaq 2-ci mərtəbədə nə var?" danışıb yola davam edirlər.
2-ci mərtəbə və qapıdakı yazı: "Burdakı kişilərin yaxşı işi var, uşaqları sevirlər və çox yaraşıqlıdırlar".
Qızlar "Pis deyiiil, görəsən yuxarıda nə var?" deyib növbəti mərtəbəyə çıxırlar.
3-cü mərtəbə: "Burdakı kişilərin çox yaxşı işi var, uşaqları sevirlər, son dərəcədə yaraşıqlıdırlar və ev işlərinə kömək edirlər".
Qızlar "Aman Allah, yəni bu dövrdə ev işlərinə kömək edən kişi var? Amma yuxarıda hələ iki mərtəbə var. Gedək görək..." deyirlər.


4-cü mərtəbə və qapı önü: "Burdakı kişilər şirkət sahibidirlər, uşaqları çox sevirlər, çox yaraşıqlıdırlar, ev işlərinə kömək etməkdən həzz alırlar və üstəgəl çox romantikdirlər."
Qızlar sevincdən qışqırışırlar, ta özlərini az qala şəhid eliyirlər və "Təsəvvür eliyirsiz üstdəki mərtəbədə nə var?
Super muper kişilər.
Getdik eee..." deyib çıxırlar yuxarı.
5-ci mərtəbə və qapıdakı yazı: "Bu mərtəbə boşdur və sadəcə, qadınları məmnun etməyin mümkün olmadığını bir daha isbat etmək üçün qoyulmuşdur.
Çıxış soldadır, ümid edirik pilləkənlərdən düşəndə yombalanmarsız...

Hörmətlə, KİŞİLƏR

P.S. Maraqlı məlumatdı :P

3 Nisan 2016 Pazar

Ziya Səfərbəyov "Onu Sevməyə Məhkumam"


   
Bu kitab, bəlkə də, yeganə kitabdı ki, dayanmadan bir neçə saata oxuyub qurtarmışam. Hər kəs sevgi yaşayıb. Kimisi xoşbəxt olub, kimisi yox. Bu kitabı oxuduqca istər istəməz bir sətirdə də olsa özünüzü tapacaqsınız. Kitabda bir çox xırdalıqlara da toxunulmuşdur. Kitab haqqında topladıqlarımı sizinlə paylaşıram...

Haqqında:
"Onu sevməyə məhkumam" kitabı sizlərə yalnızca sevgi haqqında bəhs etməyəcək, bu kitab Azərbaycanda sevdiyi üçün problem yaşayan gənclərin yaşadıqları taleyin aynasıdır.
Gizlilik, cəmiyyətin fikirlərindən çəkinmə və hər şeyə, nəinki gərəkli, hətta onlara gərəksiz olan məsələlərə qarışan valideynlərin şərtləri. Bitirilməmiş sevgi münasibətləri və səhvlərə itələyən ehtiras, ehtiras isə dağıdıcı qüvvədir. Bir zamanlar saf olan qız, ərdə olduğu halda yataqda sevgilisi ilə skarfinqa qədər yenilikləri sınayır... Qorxaqlıq, yalan, çirkinlik, ehtiras, sevgi. MƏHKUMLUQ.
Kitabdan seçmələr:
  • Ən böyük dayaq sevdiyinin səni heç bir zaman tərk etməyəcəyini bilərək ona etibar etməkdir. 
  • Qadına cənnəti bəxş etmədən ondan mələk olmağını tələb edirik... O isə cənnəti istəmədən səni sevməyə qadirdir. Qadınların sevgisi həqiqətən də dəlisovdur.
  • Sevən insan hər zaman sevdiyi insana bəraət qazandırmaq üçün çalışır.
  • Əgər qadın bir kişiyə könlünü açırsa, bu yalnız sevginin doğurduğu inam və etibardan irəli gəlir...
  • Səni sevirəm, amma sevmək heç də hər zaman qovuşmaq deyil...
  • Xırdalıqlar bəzən məhəbbətin ən böyük göstəricisidir.
                                           
  • Avropada cinsi əlaqəsi olmayan qadınları psixoloji cəhətdən anormal, Azərbaycanda isə cinsi əlaqəsi olmuş qadınları əxlaqsız hesab edirlər. Avropada sevgini könül sıçrayışı hesab edərək dəstəkləyir, Azərbaycanda isə künclərdə oğrunca öpüşmək üçün bəhanə bilirlər. Avropada qadınlar ailə həyatı qurduğu kişini sevir, bizim qadınlar isə onun ailələrinə uyğun, yetəri qədər zəngin və ya təhsilli olduğunu araşdırırlar. Avropada kişilər qadını sevərək onunla bir yatağa girir, Azərbaycanda kişilər "fırladıram” başlığı altında qadınlarla sevişirlər.
  • Qadın ərdə olduğu halda onu xəyanətə nə sövq edə bilər? Sevgi olmadan bağlanmış nigah. Bu, ən böyük səbəbdir, çünki sevdiyin kişidən ala biləcəyin emosiyaları, heç bir zaman sevmədiyin, yad kişidən ala bilməzsən. Situasiya həmin qadını onu sevdiyi kişidən ayırdıqları zaman daha da gərginləşərək kəskin hal alır.
  • Sevgi müqəddəsdir. Heç kəsin bu saf və məsum hisslərə qarışmağa ixtiyarı yoxdur, amma əgər sevgi mövcuddursa, şər də mövcuddur, həqiqətə qarşı çıxacaq yalan hər zaman vardır. Heç kəs sevgini təhqir etməyib, insanlar sadəcə bu sözü həddindən artıq çirkinləşdiriblər. Sevgi- yalnız o zaman öz adını daşımağa layiq ola bilər ki, iki insan onun uğrunda sona qədər mübarizə aparsın. Son nəfəsinə qədər ondan imtina etməsin. Taledir, alınmadı, bacara bilmədik anlayışları isə yoxdur. Əgər siz bu sözləri dilinizə gətirirsinizsə, deməli heç bir zaman sevməmişsiniz. Ona görə də sizin məğlubiyyətiniz yalnız öz günahınızdır, taleyi suçlamağa isə heç bir gərək yoxdur.


P.S. Mənim çox xoşum gəldi bu kitabdan. Ümid edirəm ki, siz də bəyənəssiniz... Oxumağa dəyər :)

1 Nisan 2016 Cuma

1 Aprelin tarixi və hekayəsi


1 Aprel bir çox ölkədə, eləcə də Azərbaycanda həm “Aldatma günü”, həm də “Gülüş günü” kimi qeyd olunur.
 Ən əsas gözəlliyi isə ondadır ki, dünyanın ən ciddi insanı belə aprelin 1-i  ona edilən zarafatı xoş qarşılayır. 1 Aprelin tarixçəsi ilə əlaqəli 2 real hekayə var. Bunların hər ikisi ilə sizi tanış edirik.
 I hekayə. Bu hekayə dünyada daha çox tanınır. Belə ki, aprelin 1-də zarafat ənənəsi 500 il bundan əvvəl Fransada başlanıb. Fransa Kralı IX Çarlz 1564-cü ildə yeni ilin aprelin 1-dən qeyd ediləcəyini elan edir. Bu tarixdə insanlar bir-birlərinə sürpriz hədiyyələr verir, doğru olmayan xəbərlər söyləyirdilər. Və o gündən köhnə adətləri yox etmək məqsədilə 1 apreldə bayram keçirənləri “1 aprel səfehləri” adlandırmağa və ələ salmağa başlayırlar. Fransadan sonra bu ənənə tezliklə digər ölkələrə keçir. Üstündən uzun müddət keçməsinə baxmayaraq Beynəlxalq Gülüş Günü hələ də öz aktuallığını davam etdirir.
 II hekayə.  XV əsrin sonlarında Xaçlı ordusu müsəlmanların son qalasını əhatə edir. Uzun müddət əhatədə qalmasına baxmayaraq, qalanı tam ələ keçirmək mümkün olmurdu. Vəziyyətin çətinliyini anlayan Xaçlı ordusunun komandiri dəyişik taktikalar düşünürdü. Sonda belə bir nəticəyə gəldi, 31 Mart gecəsi qalanın önünə gedərək bir əlində Quran, bir əlində İncil tutaraq  'Bu iki kitab üzərinə and içərəm ki, təslim olsanız bu axşam sizə bir şey etməyəcəyəm'  dedi. Bu fikrə əsasən, müsəlmanlar sağ qalmaq məqsədiylə qalanı təslim etdilər. Sabahısı, yəni 1 Aprel günü Xaçlı ordusunun komandiri  müsəlmanların öldürülməsi əmrini verir. Bunun qarşılığında müsəlmanlar  "And içmişdiniz, bizə söz vermişdiniz" dedikdə, Xaçlı ordusu komandiri belə bir cavab verir: 'Mənim sözüm sizə dünən axşam üçün idi, bu gün üçün sizə bir sözüm yoxdur' deyə cavab verir və bütün müsəlmanları öldürtdürür. Elə o gündən 1 aprelə  "Hiylə Günü"  adı verilir.
P.S. Çalışın bu həyatda nə aldanmıyın, nə də aldatmıyın...