31 Mart 2016 Perşembe

Aforizmlər


MÜHARİBƏ-QƏLƏBƏ-MƏĞLUBİYYƏT HAQQINDA

1. Məğlubiyyətin oyatmadığı insan heç vaxt qalib gələ bilməz!
2. Qalib xatirələrlə, məğlub intiqam hissi ilə yaşayır!
3. Məğlub etdiyin rəqibi düşmənə çevirmək qələbəni əldən verməkdir!
4. Qələbə yalnız güclülərə yox, həm də səbrli və bacarıqlı olanlara qismət olur!
5. Öz-özünə qalib gəlməyi bacaran başqasına məğlub olmaz!
6. Döyüşə gedəndə məğlubiyyət haqqında düşünmə, məğlub olandan sonra isə yadından çıxarma!
7. Məğlubiyyəti döyüşə-döyüşə qəbul etmək - yarımçıq qələbədir!
8. Müharibələri yaşlı nəsil başlayır, gənc nəsil qurban olur!
9. Sülh vaxtı adam öldürmək cinayət, müharibə vaxtı qəhrəmanlıq sayılır!
10. Heyvanlar müharibə etməyi bacrasaydılar ilk müharibələri insanlara qarşı olardı!
11. Güc nisbətdən bilinir. Qarışqa çox kiçik olsa da, bədən nisbətinə görə fildən güclüdür!
12. Güc həqiqətə qalib gələ bilər, amma onu diz çökdürə bilməz!
13. Ağılsız igid həmişə hiyləgər qorxaqa məğlub olur!
14. Müharibələr zorla başlayır ağılla qutarır!
15. Müharibəni axmaqlar başlayır, igidlər davam edir, ağıllılar qurtarır!
16. Qəhrəmanlıq yegənə insani hərəkətdir ki, onu məşq etmək mümkün deyil!
17. Düşməni yaxından tanımaq insanı qələbəyə yaxınlaşdırır!



ELM-BİLİK-DÜŞÜNCƏ-HİKMƏT-HƏQİQƏTHAQQINDA

18. Bizim bildiklərimiz haqqında bilmədiklərimiz, bilmədiklərimiz haqqında bildiklərimizdən qat-qat çoxdur!
19. Bilik asan danışılan, yaxşı gizlədilən, paylaşdıqca çoxalan sərvətdir!
20. Elmə ağalıq etməsən, təbiətə köləlik etməli olacaqsan!
21. Axtardığını tapmaq, itirdiyini tapmaqdan daha çox sevinc gətitir!
22. Düşməni dost etmək istəyirsənsə onun elminin artmasnın qayğısına qal!
23. Heyvanlar arasında vuruşmaq aclıqdan, insanla arasında vuruşmaq cəhalətdən yaranır!
24. İnsan elmdən nə qədər ac olsa, qarnı bir o qədər tox olar!
25. İnsanı ağlı, heyvanı bədəni idarə edir!
26. Atanın öz övladına buraxa bilməyəcəyi yeganə şey ağıldır!
27. Elm elə sərvətdir ki, o heç vaxt sahibinə məxsus olmur!
28. Düşüncədə hərəkətli, hərəkətdə təmkinli ol!
29. Düşünə-düşünə hərəkət et, hərəkət edə-edə düşün!
30. Dəlilər də düşünür, sadəcə ağıllılardan fərqli olaraq rabitəsiz və qırıq-qırıq!
31. Həyat böyük bir sualdır, yaşamaq onun cavabı!
32. Sən dostundan ağıllı olunca, dostun səndən ağıllı olsa daha etibarlıdır!
33. Elm öyrənmək, bilik qazanmaq qədər ağıllı insana nəşə verən ikinci bir məşğuliyyət yoxdur!
34. Düşünmək – dənizin dibindən inci axtarmaqdır. Müdrik fikirlər isə bu incilərin özüdür!
35. Alimlərin hakimiyyətə yox, hakimiyyətin alimlərə ehtiyacı var!
36. İnsanın həyatda rast gəldiyi ilk alim yerimək və danışmaq öyərndiyi öz anasıdır!
37. Nadan alimlə dost olmaqdan, alim isə nadan dostunu ağıllandırmaqdan həzz alır!
38. Öz axmaqlığını artıq başa düşən insan artıq axmaq deyil!
39. Ağıllı kişinin nadan qadınla evlənməsi gözəl qadının çirkin kişiyə ərə getməsi kimidir!
39. Alimlər danışmağa vaxt, nadanlar danmışmağa söz tapmırlar!
40. Bütün insanlar şəraitə uyğunlaşır, yalnız dahilər şəraiti özlərinə uyğunlaşdırmağa cəhd edirlər!


ƏMƏK-SƏRVƏT-VARLILIQ-YOXSULLUQHAQQINDA

41. Ən böyük yoxsulluq vicdan yoxsulluğudur!
42. Çox varlı ilə, çox kasıb gecələr narahat yatar. Biri qorxusundan, biri acından!
43. Yoxsulluq ən ciddi sınaqdır: bu sınaqdan yalnız böyük insanlar üzü ağ çıxır!
44. Aclığından söz açmayan kasıb, sərvətindən danışan varlıdan daha varlıdır!
45. Pul əslində heçnədir, yalnız insanların ona verdiyi dəyərə görə o nəsə olur!
68. Kasıb öləndə özünə, varlı öləndə puluna görə ağlayır!
46. Pul kisəsi heç vaxt puldan qiymətli ola biməz. Eləcə də pullu adam pulundan çox hörmətə layiq deyil!
47. Zəhmətdən çıxan puldan tər iyi, döyüşdən çıxan puldan qan iyi, xəsisdən çıxan puldan can iyi gəlir!
48. Əvvələr pul özü qızıl idi, sonralar qızılı almaq üçün vasitəyə çevrildi!
49. Pul axmaqlar üçün hər şey, ağıllılar üçün nəsə, dahilər üçün heç nədir!
50. Həyat üçün mükafatımız ölümdür!

Ağlamadım

      
Ağlamadım.

Hər dəfə doluxsundum ağlamaq istədim. Hər dəfə bağışladım sevilmək istədim. Ürəyimin 


döyüntüsünü dinlədim məni sevdiyini eşitmək üçün. Qoxunu iylədim güllərin ətrini almaq 

üçün. Telini oxşadım səni uyutmaq üçün.

Hər dəfə də doluxsundum ağlamaq istədim.


Ağlamadım. 

Bəlkə səni itirməkdən qorxdum. Səni itirməmək üçün ağlamadım. Axı göz yaşımın hər damlasında 

sən vardın. Gözlərim məndən xəbərsiz ağladı göz yaşlarım içimə axdı və alov kimi yandırıb-yaxdı. 

Ürəyim yandı qışqırmaq istədim. Susdum.Dodağım-dodağımdan qopmamaq ucun. 

Hər dəfədə doluxsundum ağlamaq istədim.


Ağlamadım. 

Güldüm. Təbəssümümü sənə bağlamaq üçün. Röyalarımda səni görmək istədim. Hər gecə 

yuxuma gəlməyin üçün. Sevgi bağımızda çiçək olmaq istədim sənin əllərinlə dərilmək üçün. Ocaq 

olmaq istədim səni nəfəsimlə isitmək ucun. Ağzında dilin olmaq istədim sözünün şirinliyini dadmaq 

üçün. Dodağın olmaq istədim öpüşlərin olmaq üçün. Sənin olmaq istədim dəli kimi sevdiyim 

üçün.Xəyal olmağını istədim heç kəsin səni görməməyi üçün. Kar olmanı istədim fəryadımı 

eşitməmək ucun. Lal olmanı istədim başqasını sevdiyini deməməyin üçün.


Hər dəfə də doluxsundum ağlamaq istədim. 


Ağlamadım. 


Artıq heçnə istəmirəm olmayacağını bildiyim üçün. Hönkürüb ağlamaq istədim ürəyimi boşaltmaq 

üçün. 


Ağlamadım. 


Həmişəlik urəyimdə olduğunu bildiyim üçün !!!

P.S. Ağlamadım :(

Maraqlı faktlar

 
1) Xristofor Kolum blondin olub
2) Pinqvin 3 metr hündürlüyə tullana bilir
3) Canlılar içərisində ən böyük beynə qarışqa malikdir(bədənı nisbətən)
4) 100 stəkan qəhvə içmək insanı öldürə bilər
5) Çaya vərdiş etmək daha asandır, nəin ki, geroinə
6) Yazıçı Xristian Anderson bir sözü belə düzgün yaza bilmirdi
8) Dünyada ən balaca çay Miçiqan ştatında yerləşən Saqinay çayıdır
9) Cənubi Koreyada eyni soyadına malik insanların evlənməsi qadağandır
10) İnsanın qabırğaları bir ilə 5 milyon hərəkət edir
11) Dəvədəlləyi həşəratı başını arxada döndərə bilən yeganə həşəratdır
12)Dünyada ən çox koka-kolanı islandiya əhalisi içir
14) Qayçını Do Vinçi ixtira edib
16) Əgər Çin əhalisi 2 metr hündürlükdən yerə tullansaydı, yer üzündə 2 bal gücündə zəlzələ baş verərdi
17) Arının 2 qarnı var, biri bal üçün biri də yemək üçün
18)Venera planetı yeganə planetdir ki, saat əqrəbinin əksi istiqamətində dövr edir
21)2 milyondan bir insan 110 yaşa çata bilər
24) İlbizlər 3 il yata bilirlər
25) Alışqan Kibritdən öncə ixtira olunub
26) Delfinlər bir gözü açıq yatır
29) Əgər bir stəkan suya 80 dəqiqə qışqırsaq onda su qaynayar 
30) Antraktidadan vertolyot uçuşları qadağandır, buna səbəb pinqvinlərin boyunlarının qısa olmasıdır, onlar yuxarı baxmaq istəyir bu vaxti isə domino kimi yerə yıxılırlar hamısı =)
31) Ağ evdə çangəl və qaşıqların sayı 13092 ədəddir
32) Dəniz ulduzunun beyni yoxdur
33) Dünyada ən populyar ad –Annadır, bu adı 100 milyona yaxın insan daşıyır
34) Qədim Misir və Çində ən ağır ölümlərdən biri yuxusuzluq idi
35) Bibliyanı öyrənən alimlər belə qərara gəliblər ki, cəhənnəmda temperatur 718 dərəcədir

P.S. Ümid edirəm maraqlı oldu :)

30 Mart 2016 Çarşamba

QARA PALTARLI QADIN (Ramiz Rövşən)



Kişilər bir olmur atam balası 
Qorxağı var,igidi var, 
Amma hər kişinin öləndən sonra 
Qəbri üstə ağlamağa 
Bir qara paltarlı gözəl bir qadına ümidi var.


Sən ölənde kim olacaq gözlərini bağlayan ? 
Qardaşmı olacaq,yadmı olacaq ? 
Bu dünyada bəlkə sənə ən çox ağlayan, 
En çox ağlatdığın qadın olacaq ?!


Gğz yaşları yuduqca baş daşını, 
Qəbrində qurcalanıb,dəyəcəksən: İlahi
Illər boyu ağlatdığım bu qadın 
Görən necə saxlayıbdı bu qədər göz yaşını ?!


Bircə kərə nə saını oxşamışam, 
Nə gözünü silmişəm. 
Gözlərimə batır indi saçlarının hər dəni, 
İllər boyu bu qadına mən axi dərd vermişəm, 
İndi görən, niyə çəkir dərdimi ?


Bu qadın baş daşımı öpüb,sığallamaqdansa 
Yumruğuyla döysə-döysə yaxşıdır. 
Qəbrimin üstündə ağlamaqdansa 
Məni söysə, yaxşıdır.


Yeri-yeri, qara paltarlı qadın, 
Kiri-kiri, qara paltarlı qadın. 
Bu qəbir də min qəbirdən biridi 
Baş daşımı bəsdi basdın bağrına, 
Bütün mənə ağlayanlar kiridi, 
Sən də kiri, qəbrim damır, ağlama...

                          P.S. Ən çox xoşladığım şeirlərdən biri :)

Dan Braunun Xristianlığı sarsıdan Da Vinçi Şifrəsi


Yəqin ki, Da Vinçi şifrəsi əsərini oxumayan olmamış olmaz.... Oxumamısınızsa hələdə gec deyil :) Əsər elə ilk səhifələri oxuyandan diqqətimi çəkdi və əlimdən yerə qoya bilmədiyim bir əsər oldu. Hətta kinosuna da baxdım, ancaq əsər qədər xoş təəssürat bağışlamadı. Oyunçular yaxşı idi, amma əsərdə daha geniş məlumatlar var, nəyinki kinosunda. Oxumayanlar üçün əsərin qısaca şərhinə keçmədən əvvəl deyim ki əsər satışa çıxdığı ilk həftədən böyük uğur qazanır. ... New York Timesın ən çox satılanlar siyahısında 1ci yerdə oldu. İndi isə əsərin şərhi :)


Əsərdəki hadisələr Luvr muzeyində qoca mühafizəçinin qətlini baş qəhrəman Robert Lenqdona xəbər verən gecə zəngi ilə başlayır. Əvvəlcə Lenqdonu bütün işlərdə günahkar sayırlar çünki qoca mühafizəçi Jak Sonyer həmin vaxtı onunla görüşməli idi. Sonyerin nəvəsi Sofi Lenqdonu polisin əlindən qurtarır. Onlar Jak Sonyer haqqında maraqlı məlumatlar tapirlar. Sən demə Sonyer Sion Prioratı adlı gizli bir cəmiyyəti üzvü imiş və Tampilyerlərin Sion Prioratına təhvil verdiyi xristian gizli sənədlərini İsa peyğəmbərin müqəddəs camını- San Qrili qoruyurmuş. Onların San Qrili axtarması başqalarının maraqları ilə də toqquşurdu, hətta Opus Dei təşkilatı da bu işə qarışmışdı. Bütün əsər boyu baş qəhrəmanlar maraqlı məlumatlarla qarşılaşırlar. Onlar gizli simvolları açaraq həqiqətləri axtarırlar. İpucular onu tarixin dərinliklərində gizli bir çox sirrə aparır, ən əsası isə bu sirlər Da Vinçinin tablolarında gizlidir.


İzlərin arxasında gedən professor özünü bir anlıq Xristian dünyasının ən böyük sirri ilə qarşılaşır və gizli bir cəmiyyət olan Sion Monastrı cəmiyyəti ilə Vatikan arasında qalır. Biri həmin bu sirri qorumağa çalışarkən, digəri isə onu yox etmək üçün birini göndərmişdir.

Dan Braunun ən çox müzakirə olunan romanı olan Da Vinçi şifrəsi Xristianlığın təməllərini sarsıdan hekayəsinə görə Xristianlar tərəfindən çox böyük təsirə məruz qaldı. Hətta Dan Braun Vatikanın qara siyahısına belə girdi.

Dan Brown Da Vinçi Şifrəsi ile bir tərəfdən oxucuları tarixi sirrin içində bir macəraya  salarkən, digər tərəfdən də sarsıdıcı sonu ilə dərindən təsir edir. Kitabı oxuyandan sonar Xristian dünyasının niyə bu qədər ayağa durduğunu daha yaxşı başa  düşəssiz.

P.S. Oxunması məsləhət olan kitablardandı. Hələlik bu qədər :)