Ağlamadım.
Hər dəfə doluxsundum ağlamaq istədim. Hər dəfə bağışladım sevilmək istədim. Ürəyimin
döyüntüsünü dinlədim məni sevdiyini eşitmək üçün. Qoxunu iylədim güllərin ətrini almaq
üçün. Telini oxşadım səni uyutmaq üçün.
Hər dəfə də doluxsundum ağlamaq istədim.
Ağlamadım.
Bəlkə səni itirməkdən qorxdum. Səni itirməmək üçün ağlamadım. Axı göz yaşımın hər damlasında
sən vardın. Gözlərim məndən xəbərsiz ağladı göz yaşlarım içimə axdı və alov kimi yandırıb-yaxdı.
Ürəyim yandı qışqırmaq istədim. Susdum.Dodağım-dodağımdan qopmamaq ucun.
Hər dəfədə doluxsundum ağlamaq istədim.
Ağlamadım.
Güldüm. Təbəssümümü sənə bağlamaq üçün. Röyalarımda səni görmək istədim. Hər gecə
yuxuma gəlməyin üçün. Sevgi bağımızda çiçək olmaq istədim sənin əllərinlə dərilmək üçün. Ocaq
olmaq istədim səni nəfəsimlə isitmək ucun. Ağzında dilin olmaq istədim sözünün şirinliyini dadmaq
üçün. Dodağın olmaq istədim öpüşlərin olmaq üçün. Sənin olmaq istədim dəli kimi sevdiyim
üçün.Xəyal olmağını istədim heç kəsin səni görməməyi üçün. Kar olmanı istədim fəryadımı
eşitməmək ucun. Lal olmanı istədim başqasını sevdiyini deməməyin üçün.
Hər dəfə də doluxsundum ağlamaq istədim.
Ağlamadım.
Artıq heçnə istəmirəm olmayacağını bildiyim üçün. Hönkürüb ağlamaq istədim ürəyimi boşaltmaq
üçün.
Ağlamadım.
Həmişəlik urəyimdə olduğunu bildiyim üçün !!!
P.S. Ağlamadım :(
Hiç yorum yok:
Yorum Gönder