31 Mart 2016 Perşembe

Aforizmlər


MÜHARİBƏ-QƏLƏBƏ-MƏĞLUBİYYƏT HAQQINDA

1. Məğlubiyyətin oyatmadığı insan heç vaxt qalib gələ bilməz!
2. Qalib xatirələrlə, məğlub intiqam hissi ilə yaşayır!
3. Məğlub etdiyin rəqibi düşmənə çevirmək qələbəni əldən verməkdir!
4. Qələbə yalnız güclülərə yox, həm də səbrli və bacarıqlı olanlara qismət olur!
5. Öz-özünə qalib gəlməyi bacaran başqasına məğlub olmaz!
6. Döyüşə gedəndə məğlubiyyət haqqında düşünmə, məğlub olandan sonra isə yadından çıxarma!
7. Məğlubiyyəti döyüşə-döyüşə qəbul etmək - yarımçıq qələbədir!
8. Müharibələri yaşlı nəsil başlayır, gənc nəsil qurban olur!
9. Sülh vaxtı adam öldürmək cinayət, müharibə vaxtı qəhrəmanlıq sayılır!
10. Heyvanlar müharibə etməyi bacrasaydılar ilk müharibələri insanlara qarşı olardı!
11. Güc nisbətdən bilinir. Qarışqa çox kiçik olsa da, bədən nisbətinə görə fildən güclüdür!
12. Güc həqiqətə qalib gələ bilər, amma onu diz çökdürə bilməz!
13. Ağılsız igid həmişə hiyləgər qorxaqa məğlub olur!
14. Müharibələr zorla başlayır ağılla qutarır!
15. Müharibəni axmaqlar başlayır, igidlər davam edir, ağıllılar qurtarır!
16. Qəhrəmanlıq yegənə insani hərəkətdir ki, onu məşq etmək mümkün deyil!
17. Düşməni yaxından tanımaq insanı qələbəyə yaxınlaşdırır!



ELM-BİLİK-DÜŞÜNCƏ-HİKMƏT-HƏQİQƏTHAQQINDA

18. Bizim bildiklərimiz haqqında bilmədiklərimiz, bilmədiklərimiz haqqında bildiklərimizdən qat-qat çoxdur!
19. Bilik asan danışılan, yaxşı gizlədilən, paylaşdıqca çoxalan sərvətdir!
20. Elmə ağalıq etməsən, təbiətə köləlik etməli olacaqsan!
21. Axtardığını tapmaq, itirdiyini tapmaqdan daha çox sevinc gətitir!
22. Düşməni dost etmək istəyirsənsə onun elminin artmasnın qayğısına qal!
23. Heyvanlar arasında vuruşmaq aclıqdan, insanla arasında vuruşmaq cəhalətdən yaranır!
24. İnsan elmdən nə qədər ac olsa, qarnı bir o qədər tox olar!
25. İnsanı ağlı, heyvanı bədəni idarə edir!
26. Atanın öz övladına buraxa bilməyəcəyi yeganə şey ağıldır!
27. Elm elə sərvətdir ki, o heç vaxt sahibinə məxsus olmur!
28. Düşüncədə hərəkətli, hərəkətdə təmkinli ol!
29. Düşünə-düşünə hərəkət et, hərəkət edə-edə düşün!
30. Dəlilər də düşünür, sadəcə ağıllılardan fərqli olaraq rabitəsiz və qırıq-qırıq!
31. Həyat böyük bir sualdır, yaşamaq onun cavabı!
32. Sən dostundan ağıllı olunca, dostun səndən ağıllı olsa daha etibarlıdır!
33. Elm öyrənmək, bilik qazanmaq qədər ağıllı insana nəşə verən ikinci bir məşğuliyyət yoxdur!
34. Düşünmək – dənizin dibindən inci axtarmaqdır. Müdrik fikirlər isə bu incilərin özüdür!
35. Alimlərin hakimiyyətə yox, hakimiyyətin alimlərə ehtiyacı var!
36. İnsanın həyatda rast gəldiyi ilk alim yerimək və danışmaq öyərndiyi öz anasıdır!
37. Nadan alimlə dost olmaqdan, alim isə nadan dostunu ağıllandırmaqdan həzz alır!
38. Öz axmaqlığını artıq başa düşən insan artıq axmaq deyil!
39. Ağıllı kişinin nadan qadınla evlənməsi gözəl qadının çirkin kişiyə ərə getməsi kimidir!
39. Alimlər danışmağa vaxt, nadanlar danmışmağa söz tapmırlar!
40. Bütün insanlar şəraitə uyğunlaşır, yalnız dahilər şəraiti özlərinə uyğunlaşdırmağa cəhd edirlər!


ƏMƏK-SƏRVƏT-VARLILIQ-YOXSULLUQHAQQINDA

41. Ən böyük yoxsulluq vicdan yoxsulluğudur!
42. Çox varlı ilə, çox kasıb gecələr narahat yatar. Biri qorxusundan, biri acından!
43. Yoxsulluq ən ciddi sınaqdır: bu sınaqdan yalnız böyük insanlar üzü ağ çıxır!
44. Aclığından söz açmayan kasıb, sərvətindən danışan varlıdan daha varlıdır!
45. Pul əslində heçnədir, yalnız insanların ona verdiyi dəyərə görə o nəsə olur!
68. Kasıb öləndə özünə, varlı öləndə puluna görə ağlayır!
46. Pul kisəsi heç vaxt puldan qiymətli ola biməz. Eləcə də pullu adam pulundan çox hörmətə layiq deyil!
47. Zəhmətdən çıxan puldan tər iyi, döyüşdən çıxan puldan qan iyi, xəsisdən çıxan puldan can iyi gəlir!
48. Əvvələr pul özü qızıl idi, sonralar qızılı almaq üçün vasitəyə çevrildi!
49. Pul axmaqlar üçün hər şey, ağıllılar üçün nəsə, dahilər üçün heç nədir!
50. Həyat üçün mükafatımız ölümdür!

Hiç yorum yok:

Yorum Gönder